"Real Madrid" PSJ-nin 31 yaşlı oyunçusuna GÖZ DİKDİ

İdman

173

"Real Madrid" PSJ-nin 31 yaşlı oyunçusuna GÖZ DİKDİİspaniyanın “Real Madrid” klubu PSJ-nin uruqvaylı hücumçusu Edison Kavani ilə maraqlanır.

31 yaşlı futbolçu da “Kral Klubu”na keçidə isti baxır.

Buna səbəb isə klubla aralarında problemlər yaranan hücumçular Neymar və Kilian Mbappenin PSJ-dən ayrılma ehtimallarıdır. UEFA-nın “Finansal Fair Play” qaydalarına görə, “Paris Sen Jermen” bu iki bahalı oyunçudan birini və ya hər ikisini satmaq məcburiyyətindədir.

Qeyd edək ki, 31 yaşlı Kavani 2013-cü ildə “Napoli”dən PSJ-yə 64 milyon avro qarşılığında keçib. Bu mövsüm PSJ forması ilə çıxdığı 12 oyunda 9 qol vurub.