Həbibin növbəti mükafatı açıqlandı – 50 milyon

İdman

209

Həbibin növbəti mükafatı açıqlandı – 50 milyonUFC prezidenti Deyna Uayt rusiyalı idmançı Həbib Nurməhəmmədova növbəti döyüşünə görə mümkün qonorardan danışıb.


Onun fikirləri “MMA Fighting” qurumunun “Twitter” hesabında yayımlanıb. Uayt rusiyalı döyüşçünün komandasının tələblərinin yerinə yetiriləcəyi ilə bağlı verilən suala “əlbəttə. Onlar nəyin real olduğunu yaxşı bilirlər. Bu sualın cavabı onlara məlumdur” – deyə cavab verib.



Nurməhəmmədovun meneceri Əli Əbdül-Əziz isə TMZ telekanalına müsahibəsində deyib ki, növbəti döyüşdə idmançıya 10-50 milyon dollar qonorar verlməsinə ümid bəsləyir. Həbibin növbəti rəqibi hələlik məlum deyil.



Xatırladaq ki, Nurməhəmmədov 6 oktyabr tarixində UFC 229 turniri çərçivəsində ABŞ-da keçirilən döyüşdə irlandiyalı döyüşçü Konor Makqreqoru məğlub edib. KİV-in məlumatına görə, Nurməhəmmədovun döyüşdən gəliri 2 milyon dollar təşkil edib.