"Barselona"ya məğlubiyyət ona ağır başa gəldi

İdman

269

"Barselona"ya məğlubiyyət ona ağır başa gəldiİspaniyanın "Real Madrid" klubu baş məşqçisi Xulen Lopeteqi ilə müqaviləni ləğv edib.

Komandanın Direktorlar Şurası bir araya gələrək Lopeteqinin son oyunlardakı uğursuz nəticələrini dəyərləndirib və yollarını ayırmaq barədə qərar verib.

Baş məşqçinin vəzifələrini müvəqqəti olaraq komandanın sabiq oyunçusu Santyaqo Solari icra edəcək. Argentinalı mütəxəssis oktyabrın 30-dan klubda işə başlayacaq.

Qeyd edək ki, "Real Madrid" ötən gün "Barselona" ilə çempionat matçında ağır məğlubiyyət (5-1) alıb.