UFC prezidenti Nurməhəmmədov-Meyvezer döyüşündən DANIŞDI

İdman

238

UFC prezidenti Nurməhəmmədov-Meyvezer döyüşündən DANIŞDIUFC prezidenti Deyna Uayt Həbib Nurməhəmmədovla Floyd Meyvezer arasında baş tutması gözlənilən görüş barədə danışıb.

O, ESPN telekanalına açıqlamasında bunun şayiədən başqa bir şey olmadığına işarə vurub: “Buna fikir verməyin. Hər şeydən əvvəl Meyvezerin komandası bizə, ümumiyyətlə, müraciət etməyib. Həbibin isə UFC ilə qüvvədə olan müqaviləsi mövcuddur”.

Qeyd edək ki, Həbib Nurməhəmmədov oktyabrın 14-də amerikalı boksçu Floyd Meyvezeri döyüşə çağırıb. Meyvezer isə bildirib ki, Nurməhəmmədov boks qaydaları ilə döyüşməyə razılıq versə, buna hazırdır. (oxu.az)