Çempionlar Liqasında gecənin nəticələri

İdman

131

Çempionlar Liqasında gecənin nəticələriFutbol üzrə Çempionlar Liqasında daha 3 qrupda 6 oyun keçirilib.

Sportnet.az-ın məlumatına görə, D qrupunda "Şalke" Almaniyada Portuqaliya "Portu"su ilə 1:1 hesablı heç-heçə edib. Bu nəticələrdən sonra "Qalatasaray" 3 xalla vahid lider olub.

Günün mərkəzi qarşılaşması C qrupuna təsadüf edib. İngiltərədə "Liverpul" Fransa PSJ-si ilə görüşdə son dəqiqə qolu ilə qələbə qazanıb - 3:2. Qrupun digər görüşündə "Srvena Zvezda" Serbiyada İtaliya "Napoli"si ilə qolsuz heç-heçə edib.

A qrupunda Avropa Liqasının son qalibi İspaniya "Atletiko"su səfərdə "Monako"nu 2:1, Almaniyanın "Borussiya" (Dortmund) komandası isə Belçikada "Brügge"ni 1:0 hesabı ilə yenməyi bacarıb.

Qeyd edək ki, daha əvvəl B qrupunda "Barselona" İspaniyada Hollandiya PSV-sini 4:0, "İnter" İtaliyada İngiltərə "Tottenhem"ini 2:1 hesabı ilə məğlub edib.