ÇL-də pley-off mərhələsinə yekun vurulur - Yenilənir

İdman

443

ÇL-də pley-off mərhələsinə yekun vurulur - YenilənirÇL-də pley-off mərhələsinə yekun vurulur - Yenilənir
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

Qol.az xəbər verir ki, keçiriləcək 3 oyunla qitənin 1 nömrəli klub turnirində qrup mərhələsində mübarizə aparacaq bütün klubların adları məlum olacaq.

Əvvəlki mərhələdə “Qarabağ”ı mübarizədən kənarlaşdıran BATE səfərdə PSV-nin qonağı olacaq. Öz meydanında 2:3 hesabı ilə uduzan Belarus çempionu çətin ki səfərdə sensasiyaya imza atsın.

PAOK öz meydanında “Benfika” ilə qarşılaşacaq. İlk görüşdə 1:1 hesabı qeydə alındığından Saloniki təmsilçisini mərhələ adlamaq üçün qolsuz heç-heçə də qane edir.

“Zalsburq” və “Srvena Zvezda” arasındakı ilk matçda da qalib aşkarlanmayıb.


UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

29 avqust

23:00. PAOK (Yunanıstan) - “Benfika” (Portuqaliya)
İlk oyun - 1:1

23:00. PSV (Hollandiya) - BATE (Belarus)
İlk oyun - 3:2

23:00. “Zalsburq” (Avstriya) - “Srvena Zvezda” (Serbiya)
İlk oyun - 0:0

28 avqust

AEK (Yunanıstan) - “Videoton” (Macarıstan) 1:1
İlk oyun - 2:1

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Yanq Boyz” (İsveçrə) 1:2
İlk oyun - 1:1

“Dinamo” (Kiyev, Ukrayna) - “Ayaks” (Hollandiya) 0:0
İlk oyun - 1:3