"Qarabağ"ın matçı TƏXİRƏ SALINDI » Conflict.az

"Qarabağ"ın matçı TƏXİRƏ SALINDI

İdman

123

"Qarabağ"ın matçı TƏXİRƏ SALINDIÖlkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubu Peşəkar Futbol Liqasına müraciət edib.

Publika.az-a Peşəkar Futbol Liqasından verilən məlumata görə, "Qarabağ" III təsnifat mərhələsinin BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün I turunda keçirilməli olan "Zirə" ilə görüşün təxirə salınmasını xahiş edib.

"Qarabağ"ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan Peşəkar Futbol Liqası I turun təqvimində aşağıdakı dəyişikliklə bağlı qərar qəbul edib.

Topaz Premyer Liqasının I turunun "Qarabağ"-"Zirə" matçı avqustun 10-dan sentyabrın 26-a keçirilib.