Oğlunu itirən idmançımızın ürəyi partladı - Foto » Conflict.az

Oğlunu itirən idmançımızın ürəyi partladı - Foto

İdman

156

Oğlunu itirən idmançımızın ürəyi partladı - FotoBu gün idmançı Cəhdi Ramil dünyasını dəyişib.

Bu barədə Baku.vs məlumat yayıb.
Oğlunu itirən idmançımızın ürəyi partladı - Foto
Bildirilir ki, Azərbaycan Kunq Fu Federasiyasının məşqçisi 38 yaşında vəfat edib.

Həkimlər idmançının ürək çatışmazlığından keçindiyini bildirib.

Dostlarının bildirdiyinə görə, idmançı bir müddət əvvəl Cəlal adında yeniyetmə oğlunu itirib və onun ürəyi bu acıya tab gətirməyib.

Cəlal atasının yolunu davam etdirirdi və respublika çempionu idi. O meningitdən vəfat edib.

Cəhdi Ramil Tərtərdə yaşayırdı və orada böyük nüfuza malik idi.

Mərhum yaşadığı rayonda dəfn olunacaq.