İran millisinə daha bir şirkət üz çevirdi » Conflict.az

İran millisinə daha bir şirkət üz çevirdi

İdman

293

İran millisinə daha bir şirkət üz çevirdiABŞ-ın İrana qarşı sanksiyaları yenidən başlatmaq qərarından sonra “Adidas” şirkəti futbol üzrə İran millisi ilə əməkdaşlığı dayandırdığını açıqlayıb.

Bu barədə “Tehran Tayms” informasiya yayıb.

“Nike”ın addımını təkrarlayan “Adidas” şirkətinin hərəkəti İran Futbol Federasiyasında birmənalı qarşılanmayıb. Federasiya prezidenti Mehdi Tac şirkəti İran xalqına hörmətsizlikdə ittiham edərək üzr tələb edib.

Xatırladaq ki, bir qədər əvvəl “Nike” şirkəti də İran millisi ilə sanksiyalara görə əməkdaşlığını dayandırdığını açıqlamışdı.