Bu gün futbol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşəcək

İdman

131

Bu gün futbol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşəcəkFutbol üzrə dünya çempionatında bu gün ilk finalçı müəyyənləşəcək.

İlk yarımfinal matçında Fransa və Belçika yığmaları üz-üzə gələcəklər.

Fransa 1/4 finalda Uruqvayı 2:0 hesabı ilə məğlub edib. Belçika isə 5 qat dünya çempionu Braziliyanı 2:1 hesabı ilə üstələyərək mübarizədən kənarlaşdırıb.

Komandalar bu vaxta qədər dünya çempionatlarında 2 dəfə qarşılaşıblar. Hər iki görüş fransızların qələbəsi ilə yekunlaşıb. Fransa 1938-ci il dünya çempionatının 1/8 finalında Belçikanı 3:1 hesabı ilə məğlub edib. Belçika və Fransa yığmaları 1986-cı il mundialında 3-cü yer uğrunda görüşdə münasibətlərə aydınlıq gətiriblər. Bu qarşılaşmada fransızlar rəqibini 4:2 hesabı ilə məğlub etməyi bacarıb.

Belçika tarixi ərzində ikinci dəfə yarımfinal oyununa çıxacaq. Komanda ilk dəfə 1986-cı ildə bu mərhələdə iştirak edib. Avropa təmsilçisi həmin mundialın qalibi olan Argentinaya 0:2 hesabı ilə uduzub.

1998-ci dünya çempionatının qalibi olan Fransa isə 6-cı dəfə yarımfinal matçına çıxacaq. 1958, 1982 və 1986-cı il mundiallarında məğlub olan komanda, 1998 və 2006-cı ildə finala vəsiqə qaza bilib.

DÇ-2018, ½ final

22:00 Fransa – Belçika

Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay) Sezar Ramos (Meksika)

Sankt Peterburq, "Sankt-Peterburq" stadionu.

Conflict.az