PSJ-dən Ronaldoya təklif

İdman

44

	  PSJ-dən Ronaldoya təklifPSJ "Real"ın futbolçusu Kriştiano Ronaldonu transfer etmək istəyir.

Conflict.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Paris klubununun bununla bağlı artıq portuqaliyalı hücumçu ilə danışıqlara başladığı iddia edilib. PSJ-nin Ronaldoya ilinə 45 milyon avro ödəməyə hazır olduğu bildirilib. Bu məbləğ isə komandanın digər futbolçuları Neymar, Mbappenin maaşından çoxdur. "Barselona"nın hücumçusu Lionel Messinin maaşı ilə isə eynidir.

Qeyd edək ki, K.Ronaldo yaxın günlərdə karyerası ilə bağlı yekun qərar verəcəyini açıqlayıb.