Çempionlar Liqasında və Avropa Liqasında YARIMFİNAL PÜŞKATMASI

İdman

140

Çempionlar Liqasında və Avropa Liqasında YARIMFİNAL PÜŞKATMASIBu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının və Avropa Liqasının yarımfinal mərhələlərinin püşkatma mərasimi keçiriləcək.

UEFA-nın mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Püşk nəticəsində Almaniyanın "Bavariya", İngiltərənin "Liverpul", İspaniyanın "Real" və İtaliyanın "Roma" komandalarından 2 cütlük formalaşacaq. Bu zaman heç bir komanda səpələnmiş və səpələnməmişlər səbətlərinə bölünməyəcək, istənilən klub digərlərindən birinə rəqib ola biləcək. Adları birinci göstərilən kollektiv ilk oyunu öz meydanında keçirəcək.

Eyni zamanda, mayın 26-da Ukraynanın paytaxtı Kiyevdəki "Olimpiyski" stadionunda keçiriləcək final görüşü üçün nominal ev sahibi püşk yolu ilə müəyyənləşdiriləcək.

Püşkü çəkməyə Çempionlar Liqasının səfiri, Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko kömək edəcək.

İlk oyunlar 24-25 apreldə, cavab görüşləri 1-2 mayda keçiriləcək.

Avroliqada isə püşk İngiltərənin "Arsenal", İspaniyanın "Atletiko", Fransanın "Marsel" və Avstriyanın "Zalsburq" komandalarından 2 cütlük formalaşdıracaq. Burada da heç bir komanda səpələnmiş və səpələnməmişlər səbətlərinə bölünməyəcək, istənilən klub digərlərindən birinə rəqib ola biləcək. Adları birinci göstərilən kollektiv ilk oyunu öz meydanında keçirəcək.

Eyni zamanda, mayın 16-da Fransanın Lion şəhərindəki eyniadlı stadionda keçiriləcək final görüşü üçün nominal ev sahibi püşk yolu ilə müəyyənləşdiriləcək.

Püşkü çəkməyə Avropa Liqasının səfiri, Fransa milli komandasının sabiq futbolçusu Erik Abidal kömək edəcək. O, kubokun təşkilatçı şəhərə verilməsində də iştirak edəcək.

Yarımfinal mərhələsinin ilk oyunları 26 apreldə, cavab görüşləri 3 mayda keçiriləcək.

Conflict.az