Avroliqada 1/4 final həyacanı başlayır

İdman

349

Avroliqada 1/4 final həyacanı başlayırBu gün Avropa Liqasının 1/4 final mərhələsinə start veriləcək. Fanat.Az xəbər verir ki, bu mərhələdə bütün matçlar eyni vaxtda başlayacaq.

İngiltərənin "Arsenal” klubu doğma azarkeşlər önündə Rusiyanın ÇSKA (Moskva) komandası ilə üz-üzə gələcək. "Qarabağ”ın Çempionlar Liqasındakı sabiq rəqibi "Atletiko" evdə Portuqaliyanın "Sportinq” klubunu sınağa çəkəcək.

İtaliyanın "Latsio” klubu isə Avropa Liqasının sensasiyalı klubu Avstriya "Zalsburq”u ilə qarşılaşacaq. Bu mərhələnin digər matçı isə Almaniyada baş tutacaq. "Leypsiq” Fransanın "Marsel” klubu ilə görüşdə sərfəli nəticə əldə etməyə çalışacaq.