"Atletiko" "Selta"nı darmadağın edib

İdman

188

 "Atletiko" "Selta"nı darmadağın edib Futbol üzrə İspaniya çempionatında 28-ci turun növbəti oyunları keçirilib.

Turun ikinci oyun gününün mərkəzi matçında "Atletiko" "Selta"nı darmadağın edib.

Görüş Madridin "Vanda Metropolitano" stadionunda keçirilib və 3:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

Oyunda birinci qolun müəllifi Antuan Qrizmann olub. O, 44-cü dəqiqədə fərqlənib. İkinci hissədə "Selta"nın qapıçısını əvvəlcə yarımmüdafiəçi Vitolo, ardınca isə hücumçu Anhel Korrea məyus edib.

"Atletiko" bu qələbə sayəsində xallarının sayını 64-ə çatdırıb və Primeronun turnir cədvəlində ikinci yerdə qərarlaşıb. "Selta" 38 xalla 9-cudur.

Tura bu gün keçiriləcək "Alaves" - "Betis" oyunu ilə yekun vurulacaq.

La Liqa. 28-ci tur

"Jirona" — "Deportivo" - 2:0

Qollar: Stuani, 21, Huanpe, 57

"Eybar" — "Real" - 1:2

Qollar: Ramis, 50 — Ronaldu, 34, 84

Conflict.az