"Real" Ronaldunun het-triki sayəsində "Real Sosyedad"ı darmadağın edib

İdman

81

"Real" Ronaldunun het-triki sayəsində "Real Sosyedad"ı darmadağın edib Madridin "Real" klubu futbol üzrə İspaniya La Liqasının 23-cü turunda "Real Sosyedad"ı darmadağın edib.

"Santyaqo Bernabeu" stadionunda keçirilən matç 5:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

"Kral klub"u bu qələbə sayəsində xallarının sayını 42-yə çatdırıb və ölkə çempionatının turnir cədvəlində 3-cü pilləyə yüksəlib, "Real Sosyedad" (26) 14-cüdür.

İspaniya La Liqası. 23-cü tur

"Real Madrid" – "Real Sosyedad" - 5:2

Qollar: 1:0 – Vaskes – 1, 2:0 – Ronaldu – 27, 3:0 – Kroos – 34, 4:0 – Ronaldu – 37, 4:1 – Orxilyes – 74, 5:1 – Ronaldu – 80, 5:2 – İlyaramendi – 83.

Conflict.az