İspaniya Kubokunda ilk finalçı müəyyənləşib

İdman

160

İspaniya Kubokunda ilk finalçı müəyyənləşibFutbol üzrə İspaniya Kubokunda ilk finalçı müəyyənləşib.

“Sevilya” klubu “Leqanes”ı 2:0 hesabı ilə məğlub edərək finala yüksələ bilib.

“Sançes Pisxuan” stadionunda baş tutan matçda Xoakin Korrea (15 dəq.) və Franko Vaskes (89) fərqləniblər. Komandalar arasında ilk matç 1:1 hesabı ilə nəticələnmişdi.

Finalda “Sevilya” “Valensiya”-“Barselona” cütlüyünün qalibi ilə görüşəcək.

Conflict.az