Tarix : 12-09-2017, 10:35 | Bölmə: Idman |
“Neftçi”yə yeni baş məşqçi təyin olunub“Neftçi” komandasının yeni baş məşqçisi müəyyənləşib.“Report” paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” Tərlan Əhmədova həvalə olunub. 46 yaşlı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, məşqçilik karyerasına 2009-cu ildə başlayan T.Əhmədov “Xəzər Lənkəran”da Ağasəlim Mircavadovun, “Neftçi”də isə Böyükağa Hacıyevin köməkçisi olub. Daha sonra isə Bəxtiyar Musayev və Kamal Quliyevlə birgə “ağ-qaralar”a rəhbərlik edib. 2013-cü il oktyabrın 24-də “Neftçi”dən ayrılan mütəxəssis, 2014-2017-ci illərdə AZAL-a (“Şüvəlan”) başçılıq edib. “Təyyarəçilər” ötən mövsümün yekununa əsasən, I diviziona düşdükdən sonra postunu tərk edib. dle 10.1
(Reytinq:0)

"Conflict.Az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla