Tarix : 8-09-2017, 12:20 | Bölmə: Idman |
Arda Turanla bağlı YENİ İDDİA: bu gün...İspaniya mediası Arda Turanla bağlı növbəti iddianı yayıb. Bu barədə ölkənin iki ən böyük qəzeti - "Marca" və "AS" "RAC 1" radiosuna istinadən məlumat yayıb.
Qəzetlər iddia edib ki, "Barselona" Arda Turanı "Qalatasaray"a icarəyə verib. İcarə müddəti 2 il üçün nəzərdə tutulub. Bildirilir ki, Kataloniya klubu ilə 3 illik müqaviləsi olan futbolçu 2 il "Qalatasaray"ın formasını geyinəcək, sözləşməsinin son ilində İspaniyaya dönəcək.
Qeyd edək ki, Türkiyədə transfer pəncərəsi bu gün bağlanacaq. (fanat.az) dle 10.1
(Reytinq:0)

"Conflict.Az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla