"Ronaldo "Real"ın tarixində ən yaxşı futbolçudur"

İdman

87

"Ronaldo "Real"ın tarixində ən yaxşı futbolçudur""Real"ın baş məşqçisi Zin'ddin Zidan komandasının aparıcı üzvü Kriştiano Ronaldo haqda danışıb.

Fransız mütəxəssis Ronaldonun "Kral klubu"nun tarixində ən yaxşı futbolçu olduğunu qeyd edib:

""Real"a istənilən futbolçu gələ bilər. Lakin heç kim Ronaldonun uğurlarını təkrarlaya bilməz. Mübaliğəsiz, o, "Real"ın tarixində ən yaxşı oyunçudur. Ronaldo dördüncü dəfə "Qızıl top"a sahib çıxdı. Ona alqış düşür. Lakin hesab edirəm ki, Kriştiano bu mükafatı yenə də qazana bilər".

Conflict.az