FİFA ilə bağlı daha bir şok - 3,6 milyon avro rüşvət

İdman

179

FİFA ilə bağlı daha bir şok - 3,6 milyon avro rüşvət Rüşvət qalmaqalından başı ayılmayan FİFA-ya daha bir zərbə İrlandiyadan gəlib.
Conflict.az xəbər verir ki, 2010-cu il dünya çempionatının "pley-off" mərhələsi çərçivəsində keçirilən İrlandiya-Fransa matçı ilə bağlı meydan sahibləri şok iddia irəli sürüb. Həmin qarşılaşmada Anrinin topu əllə saxlayıb qol vurduğu epizoda görə FİFA onlara 3.6 milyon avro ödəyib.
Bu məlumatı İrlandiya Futbol Federasiyası prezidenti Delaney Deleney verib.
Conflict.az