“Avro-2020”nin dörd oyununa ev sahibliyi edəcək Bakının loqosu təqdim olunub

İdman

124

“Avro-2020”nin dörd oyununa ev sahibliyi edəcək Bakının loqosu təqdim olunubBakı Olimpiya Stadionunda futbol üzrə 2020-ci ildə təşkil olunacaq Avropa çempionatına ev sahibliyi edəcək 13 şəhərdən biri olan Bakının bu yarışla əlaqədar loqosunun təqdimat mərasimi keçirilib.
AFFA-dan Gununsesi.info-ya bildiriblər ki, tədbirdə UEFA-nın prezidenti Aleksander Çeferinin rəhbərlik etdiyi nümayəndə heyəti, “Avro-2020”nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, AFFA-nın rəhbərliyi və digər şəxslər iştirak ediblər.
Dünya futbolunun əfsanələrindən olan, “Avro-1988”in qalibi, hollandiyalı futbol ulduzu Ruud Qullit xüsusi qonaq kimi tədbirə qatılıb.
Mərasimdə Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov və UEFA-nın prezidenti Aleksander Çeferin çıxış ediblər.
Sonra indiyədək keçirilmiş Avropa çempionatlarının maraqlı məqamlarını əks etdirən videoçarx nümayiş olunub.
Ruud Qullitin çıxışından sonra mərasim iştirakçıları “Avro-2020”nin oyunlarının ev sahibliyi ilə əlaqədar Bakının namizədliyi irəli sürülərkən AFFA-nın sifarişi ilə hazırlanmış videoçarxı izləyiblər.
Sonda akrobatların maraqlı çıxışlarının müşayiəti ilə “Avro-2020”nin ev sahibi şəhərlərindən biri olan Bakının loqosu təqdim edilib.
Conflict.az