“Ronaldonun əkizi” oğurluq üstündə tutuldu

İdman

118

“Ronaldonun əkizi” oğurluq üstündə tutulduPortuqaliyalı futbol ulduzu Krişrtiano Ronaldo özü də bimədən bir cinayətkarın tutulmasına səbəb olub.

BAKU.WS xəbər verir ki, Fransanın şimalında iki oğru ev sahibi tərəfindən cinayət başında yaxalanıb. Oğrular aradan çıxa bilsə də, onların üzünü görən ev sahibi robot rəsmin hazırlanmasına nail olub. Oğrulardan birini “Ronaldonun əkizi” deyə təsvir edən ev sahibinin sayəsində iki gün sonra 21 yaşlı şübhəli şəxs saxlanılıb.

Ronaldoya bənzərliyinə görə, ələ keçən şəxs evə oğurluq üçün deyil, yatmağa yer axtardığı üçün girdiyini iddia edib.

Conflict.az