Bakıda körpünün üstündə dəhşətli yol qəzası - ÖLƏN VAR (YENİLƏNDİ)

Hadisə

104

Bakıda körpünün üstündə dəhşətli yol qəzası - ÖLƏN VAR (YENİLƏNDİ)Daxili İşlər Nazirliyi dünən Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 24-də saat 19 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini A.Ələkbərli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Göygöl rayon sakini Elşən Məmmədovu vurub. Piyada hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

*****

10:15

Bakıda daha bir ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Nizami rayonu ərazisində - Ziya Bünyadov və Qara Qarayev prospektlərini birləşdirən körpüdə "Mercedes" markalı, 90 GM 735 dövlət qeydiyyat nişanlı minik avtomobili piyadanı vurub.

Ağır xəsarət alan 27 yaşlı oğlan hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.