Bakıda qəza: üç qadın xəsarət aldı

Hadisə

109

Bakıda qəza: üç qadın xəsarət aldıBakıda ağır yol qəzası baş verib.

Hadisə Yasamal rayonu ərazisində yerləşən avtomobil bazarının arxasında qeydə alınıb.

Qəza nəticəsində 3 qadın xəsarət alıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, qadınlardan 19 və 40 yaşında olanlar qapalı kəllə beyin travması ilə, digər 50 yaşlı qadın isə başın yumşaq toxumalarının əziyi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda müayinələri davam edir./report/