Qardaşının itələdiyi şəxs pilləkəndən yıxılaraq öldü

Hadisə

143

Qardaşının itələdiyi şəxs pilləkəndən yıxılaraq öldüFaktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb

Abşeron rayonu, Saray qəsəbəsində 34 yaşlı Samir Quliyev evdə pilləkəndən yıxılaraq ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırması zamanı S.Quliyevin qardaşı, 33 yaşlı Nicat Quliyevlə mübahisə edən zaman Nicatın onu itələməsi səbəbindən pilləkəndən yıxılaraq aldığı xəsarətdən öldüyü məlum olub.

N.Quliyev saxlanılıb. Onun narkotik vasitə istifafəçisi olduğu da məlum olub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb.(report.az)