Qaynatasını döyməkdə ittiham edilən dünya çempionuna 8 İL HƏBS TƏLƏBİ

Hadisə

63

Qaynatasını döyməkdə ittiham edilən dünya çempionuna 8 İL HƏBS TƏLƏBİQayınatasını döyməkdə ittiham edilən beş qat dünya çempionu, Avropa kəmərinin sahibi Ehram Məcidovun məhkəməsi davam edib.

Bakupost.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror Ehram Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Vəkillər çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə iyunun 18-də davam etdiriləcək.

Qeyd edək ki, Ehram Məcidov qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb