Göyçayda ev yandı

Hadisə

42

Göyçayda ev yandıGöyçay rayonunda yanğın baş verib.

Hadisə gecə rayonun Hüngütlü kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Zülfiqar Hacıyevə məxsus ümumi sahəsi 130 kv/mr olan birmərtəbəli 3 otaqdan ibarət evin yanar konstruksiyaları içəridəki əşyalarla birlikdə 106 kv/m sahədə yanıb. Hadisə yerinə dərhal Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb edilib. Tez bir zamanda alovun qarşısını almaq mümkün olub. Yanğından evin qalan hissəsi və ona bitişik ümumi sahəsi 127 kv/m olan talvarı mühafizə olunub.

Yanğın zamanı evdə heç kim olmadığı üçün xəsarət alan olmayıb. Hadisənin güclü külək nəticəsində elektrik naqillərində yaranmış qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur.(ONA)