Sizin reklam burada
Sizin reklam burada

Bakıda iş adamlarından 220 minlik oğurluq edildi

Bakıda iş adamlarından 220 minlik oğurluq edildiBakıda Hindistan vətəndaşlarına məxsus şirkətlərdən oğurluq olub.

Report-un xəbərinə görə, iş adamları - Marvel Group MMC-nin rəhbəri Paul Boney və Megamax MMC-nin rəhbəri Vimal Koyithanata hüquq-mühafizə orqanlarına müraciət edərək bildiriblər ki, 2018-ci ilin fevralından 2019-cu ilin mayına kimi olan müddətdə Binəqədi rayonunda yerləşən P.Boneyə məxsus şirkətdən 100 min, V.Koyithanatha məxsus şirkətdən 120 min dəyərində televizor, soyuducu, kondisioner oğurlanıb.

Hindistanlı iş adamları orada işləyən 5 kişi satıcıdan şübhələndiklərini deyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Marvel Group” və “Megamax” şirkətləri məişət texnikanın topdan və pərakəndə satışı ilə məşğul olur.

  • Sosial şəbəkədə paylaş