Gəncədə avtomobil piyadanı vurub öldürdü

Hadisə

76

Gəncədə avtomobil piyadanı vurub öldürdüGəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 16-da Samux rayon sakini T.Əlizadə idarə etdiyi "Toyota” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Kəpəz Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.