Şəmkirdəki ağır qəzada 1 nəfər öldü

Hadisə

71

Şəmkirdəki ağır qəzada 1 nəfər öldüŞəmkir rayonunda ağır yol qəzası baş verib.

Conflict.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Könüllü kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes-Benz" markalı minik avtomobili "VAZ-2107" markalı avtomobillə toqquşub.
Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.