İsmayıllıdakı ağır qəzada 3 nəfər öldü

Hadisə

29

İsmayıllıdakı ağır qəzada 3 nəfər öldüİsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin şəxsiyyəti məlum olub.

Conflict.az "Report"a istinadən xəbər verir ki, hadisə İsmayıllının Lahıc qəsəbəsi və Şamaxının Dəmirçi kəndini birləşdirən avtomobil yolda baş verib. Belə ki "BMV" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Oğuz rayonu Padar kənd sakini, 1979-cu il təvəllüdlü Kərimov Kənan Səyyah oğlu, Abşeron rayonu Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Əliyev İsa Rövşən oğlu və Masazır qəsəbə sakini, 1983-cü il təvəllüdlü Allahverdiyev Ramin Yaqub oğlu hadisə yerində ölüblər.

Faktla bağlı İsmayılll rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.