Keçmiş işçisi məşhur akademikin evini yardı, çəkiclə başına... - AĞIR CƏZA

Hadisə

120

Keçmiş işçisi məşhur akademikin evini yardı, çəkiclə başına... - AĞIR CƏZAAkademik Çingiz Qacarın mənzilinə silahlı basqın etməkdə və adam öldürməyə cəhddə ittiham edilən Bəkir Rüstəmbəyovun məhkəməsi başa çatıb.

Bakupost.az xəbər verir ki, prosesdə hökm oxunub.

Hakim Əlövsət Abbasovun hökmünə əsasən, B.Rüstəmbəyov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Bəkir Rüstəmbəyov Çingiz Qacarın paytaxtın Yasamal rayonu, Ə. Ələkbərov küçəsi, ev 14, mənzil 15 ünvanındakı evinə gələrək, onun əmlakını ələ keçirmək istəyib.

O, özü ilə gətirdiyi çəkiclə Çingiz Qacarın və evdə xadimə işləyən Mətanət Hüseynovanın baş nahiyəsinə zərbələr endirib.

Cinayətin səbəbi isə bu olub ki, C.Qacar B.Rüstəmbəyovu işdən çıxarıb. O, pulunun olmadığını, bunun günahının isə Ç.Qacarda olduğunu deyib.

Bəkir Rüstəmbəyova Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd etmə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.

Çingiz Qacar alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademikidir.