Sizin reklam burada
Sizin reklam burada

Bərdədə piyada vuruldu

Bərdədə piyada vurulduBərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Conflict.az -ın"Report"a istinadən məlumatına görə, rayonun Heydər Əliyev prospekti ilə hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili yolu keçmək istəyən yerli sakin Ələddin Məmmədovu vurub.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğu üçün Gəncə şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə aparılıb.
Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Daha əvvəl Gəncədə piyadanı avtomobil vuraraq öldürüb.

  • Sosial şəbəkədə paylaş