Bərdədə ağır qəza: ölən var

Hadisə

246

Bərdədə ağır qəza: ölən varBərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun rayonun Mirzəxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki VAZ markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü isə ağır xəsarətlər alıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.