Ərzaq məhsullarının içində mobil telefonlar aşkarlandı

Hadisə

159

Ərzaq məhsullarının içində mobil telefonlar aşkarlandıCənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Astara gömrük postunda İrandan qayıdan Azərbaycan vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı vətəndaşa məxsus torbadakı ərzaq və qab-qacağın arasından 1 ədəd üzərində "S9", 2 ədəd "S9+" yazısı olan mobil telefonlar və onlara aid aksessuarlar aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.