Bakının mərkəzində ağır qəza: ÖLƏN VAR

Hadisə

131

Bakının mərkəzində ağır qəza: ÖLƏN VARBakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, noyabrın 3-də saat 15 radələrində Nəsimi rayonunun R.Məmmədov küçəsində Bakı şəhər sakini Ələkbər İsgəndərov idarə etdiyi “VAZ-21014” markalı avtomobillə yolu keçən paytaxt sakini Alyoşa Babayevi vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.