Əmisi gəlinini qaçıran kişi öldürüldü – Qubada dəhşətli olay/Video/Yeni

Hadisə / Video

142

Əmisi gəlinini qaçıran kişi öldürüldü – Qubada dəhşətli olay/Video/YeniQuba rayonunda əmisinin gəlinin qaçıran Elşad Əsədovu öldürməkdə təqsirli bilinən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılıblar.

Teleqraf.com xəbər verir ki, Elşad Əsədovu öldürməkdə şübhəli bilinərək saxlanılan şəxslər - Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiqin təqdimatına Quba rayon Məhkəməsində baxılacaq.

Yaxın saatlarda onlar;n müstəntiqin təqdimatı əsasında hakim qarşısına çıxarılacaqları gözlənilir.

***

Quba rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Tülər kənd sakini, 26 yaşlı Elşad Əsədovu qohumları – Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov tərəfindən döyülərək öldürülüb.

Hadisə qısqancliq zəminində baş verib.

Belə ki, Elşad Əsədov bir neçə gün əvvəl Sadiq Dadaşovun qızı, 25 yaşlı Aynur Əsədovanı qaçırıb.

Bildirilir ki, Aynur Əsədova öz razılığı ilə Elşad Əsədov tərəfindən qaçırılıb.

Aynur Əsədova Elşad Əsədovun əmisinin gəlini olub.

Bu qaçırılma olayından sonra Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov Elşad Əsədovu tutublar, əvvəlcə onu döyüblər, sonra videoya çəkiblər. Ağır bədən xəsarəti alan Elşad Əsədov vəfat edib.

Cinayəti törədən şəxslər polis və prokurorluq əməkdaşları tərəfindən yaxalanıb. Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi başlanıb.

Qeyd edək ki, ötən həftə "youtube"də Elşad Əsədovun döyülməsi barədə video yayılmışdı.

Xatırladaq ki, bu barədə ilk məlumatı Publika.az saytı yayıb.