Çobanı ildırım vurub

Hadisə

181

Çobanı ildırım vurub
Ağdam rayon sakinini Daşkəsəndə ildırım vurub.
APA-nın verdiyi məlumata görə, hadisə iyulun 13-də axşam saatlarında baş verib. Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü Quliyev Ceyhun Şirxan oğlu at üstündə qoyunları apararkən ildırım onu vurub. İldırım zərbəsinin gücündən atdan yerə yıxılan C. Quliyev müxtəlif bədən xəsarətləri alaraq Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Onun vəziyyətinin kafi olduğu bildirilir.
Conflict.az