Zərdabda təzə gəlin EVDƏN QAÇDI: 3 aylıq... - FOTO

Hadisə

26

Zərdabda təzə gəlin EVDƏN QAÇDI: 3 aylıq... - FOTOZərdab rayonunda 19 yaşlı qadın üç aylıq körpəsi ilə evdən qaçıb. Rayonun "32 Hektar" adlanan yaşayış massivinin yaxınlığında heyvandarlıq fermasında yaşayan Hacıyevlər ailəsinin gəlini, 2000-ci il təvəllüdlü Aynaz Hacıyeva sentyabrın 20-də səhər saat 4-5 radələrində üç aylıq qızını da götürərək evdən qaçıb.

Yaxınları A.Hacıyevanın evdən qaçması ilə bağlı başqa rayonlarda yaşayan qohumları ilə əlaqə saxlasalar da heç bir xəbər olmayıb. Ailə bununla bağlı Zərdab Rayon Polis Şöbəsinə müraciət edib.

Qeyd edək ki, A.Hacıyeva ötən ilin sentyabr ayında Xaçmaz rayonundan Zərdaba gəlin köçüb.

A.Hacıyevanı görənlərdən xahiş olunur ki, 050 861-74-93, 055-739-61-02 nömrələrinə və Zərdab RPŞ-ə məlumat versinlər.(Report)