27 yaşlı oğlanı küçədə it dişlədi

Hadisə

187

27 yaşlı oğlanı küçədə it dişlədiTovuz rayonunda 27 yaşlı oğlan itin hücumuna məruz qalıb.

Conflict.az trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib.


Kənd sakini, 1991-ci il təvəllüdlü Əkbərov Tural Zabit oğlu kənd ərazisində küçə itlərinin hücumuna məruz qalıb.

Hadisə nəticəsində T.Əkbərov qolundan və bədəninin müxtəlif hissələrindən xəsarət alıb.

Yaralıya xəstəxanada tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.