Qəbələdə güclü sel: körpü yararsız hala düşdü

Hadisə

154

Qəbələdə güclü sel: körpü yararsız hala düşdüFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 11 iyun 2018-ci il tarixində Qəbələ rayonunun, Tikanlı və Bum kəndləri ərazisindən keçən “Bum” çayına gələn sel suları nəticəsində Tikanlı kəndini rayon mərkəzi ilə birləşdirən piyada və avtomobil körpüsünü yararsız hala salıb.

Nazirlikdən Axar.az-a veriləən məlumata görə, nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilİB. Hadisə yerinə Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti cəlb olunub, 77 nəfər vətəndaşa müvafiq köməklik göstərilib. Əməliyyat başa çatıb. ​