Yevlaxda zəncirvari yol qəzası - Yaralılar var

Hadisə

167

Yevlaxda zəncirvari yol qəzası - Yaralılar varYevlax rayonunda zəncirvari yol qəzası baş verib.

Conflict.az report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Xaldan avtomobil yolunun rayonun Hacıselli kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, "VAZ -21011”, ”VAZ -21015” markalı avtomobillər "QAZel” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində 3 nəfərin ağır bədən xəsarətləri aldığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.