Mənzildən qadın meyiti tapıldı - BAKIDA » Conflict.az

Mənzildən qadın meyiti tapıldı - BAKIDA

Hadisə

70

Mənzildən qadın meyiti tapıldı - BAKIDABakıda mənzildə meyit tapılıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açmış və orada aşkarlanan 1951-ci il təvəllüdlü Arakson Mariya Lyubovnanın cəsədini aidiyyəti üzrə təhvil veriblər.