Masallı və Abşeronda ev yandı

Hadisə

92

Masallı və Abşeronda ev yandıBu gecə Masallı və Abşeron rayonlarında yanğın hadisəsi qeydə alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Masallı rayonunun Həsənli kəndində ümumi sahəsi 204 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın və dəhlizin tavanı 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Abşeron rayonunun Xırdalan şəhərində isə bir dam altında tikilmiş, ümumi sahəsi 286 m² olan birmərtəbəli 3 evin dam örtüyünün yanar konstruksiyaları və taxta atmaları 120 m² sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.