Bakıda əqli qüsurlu şəxslər itkin düşüb

Hadisə

142

Bakıda əqli qüsurlu şəxslər itkin düşübBakıda bir gündə 5 nəfər itkin düşüb.
“Ölkə.Az”ın xəbərinə görə, Nərimanov RPİ-nin 16-cı polis bölməsinə müraciət edən şəxs, 1968-ci il təvəllüdlü Səmayə Abdullayevanın yaşadığı Gəraybəyli küçəsi, ev 11-dən çıxaraq geri qayıtmadığını bildirib. Şikayətçi həmçinin 50 yaşlı qadının əqli cəhətdən qüsurlu olduğu ilə bağlı sənədləridə polisə təqdim edib.

Nəsimi rayonunda isə eyni xəstəikdən əziyyət çəkən 47 yaşlı kişi itkin düşüb. 1971-ci il təvəllüdlü Sahib Nəbiyevin yaxınları bunula bağlı 22-ci polis bölməsinə müraciət ediblər.

Xətai rayonunda isə 20 yaşlı qız evdən çıxıb geri qayıtmayıb. 1998-ci il təvəllüdlü Bağırova Vəfa İlqar qızı yaşadığı Gəncə prospektindəki evdən dərs adı ilə çıxıb, ancaq axşam olduqda nə özü gəlib, nə də telefonuna zəng çatıb.
Yasamal rayonunda da 25 yaşlı oğlan itkin düşüb. Dadaş Bünyadzadə küçəsində yaşayan 1993-cü il təvəllüdlü Arzu Məmmədlinin valideyinləri ovladlarının evə qayıtmaması ilə bağlı ərizə ilə 29-cu polis bölməsinə müraciət ediblər.

Səbail rayonunda isə 2001-ci il təvəllüdlü qız itkin düşüb. Bayıl qəsəbə sakini Bayramova Gülmira Elxan qızı yaşadığı Cənubdərə küçəsindən çıxaraq hazırlığa gedib. Onun itkin düşməsi barədə valideyinləri 8-ci polis bölməsinə müraciət ediblər.

Sadalanan itkin düşmə faktları ilə əlaqədar olaraq polis bölmələrində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.