Yaşlı kişini sərnişin avtobusu vurub

Hadisə

163

 Yaşlı kişini sərnişin avtobusu vurubBakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Pirşağı qəsəbəsində yolu keçmək istəyən 1964-cü il təvəllüdlü Aydəmirov Mürsəl Sərdar oğlunu 173 saylı marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.

Yaralı "təcili yardım" xidməti vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Conflict.az