Qobustanda zəncirvari qəza - Yaralılar var

Hadisə

210

Qobustanda zəncirvari qəza - Yaralılar varBu gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində zəncirvarı avtomobil qəzası baş verib.

Conflict.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 8.30 radələrində Qobustan rayonunun Yekəxana kəndi ərazisində 3 avtomobilin iştirak etdiyi zəncirvari qəzada çoxlu sayda yaralının olduğu bildirilir.

Yaralılar təcili yardım maşınları ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.