Avtomobil 60 yaşlı piyadanı vurdu

Hadisə

86

Avtomobil 60 yaşlı piyadanı vurduBakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Sabunçu rayonunda, Şəhər şosesində qeydə alınıb.

99-MG-438 dövlət qeydiyyat nişanlı avtomobil 1958-ci il Nadirov Arifi vurub. Nəticədə o, xəsarət alıb.

A.Nadirov 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Hadisəni törədən sürücü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Conflict.az