Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub

Hadisə

170

Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub Bakıda səhər saatlarında sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.

Conflict.az xəbər verir ki, hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, "Meyvəli bazarı" adlanan ərazi yaxınlığında sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

Zərbənin gücündən minik avtomobili digər avtomobili əzib.

Hazırda hadisə yerində Yol Polisi araşdırma aparır, xəsarət alanların olduğu bildirilir.