Bakıda avtobus piyadanı vurdu

Hadisə

24

Bakıda avtobus piyadanı vurduBakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, döngə 5 ünvanında qeydə alınıb.
Belə ki, "62" saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən Pənahov Tural Mamed oğlunu vurub. Nəticədə piyada ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Conflict.az